Qazaxıstan XİN: Rusiya KTMT ölkələrindən yardım istəməyib


Rusiya "Vaqner" qrupunun üsyana cəhdi zamanı KTMT ölkələrindən yardım istəməyib.


AFN.az xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov bildirib.

"Xarici İşlər Nazirliyi vasitəsilə Rusiya tərəfdən heç bir yardım tələb olunmayıb. Bu, rəsmi olaraq baş verməyib" - deyə, o, bazar ertəsi keçirdiyi brifinqdə jurnalistin sualını cavablandırarkən deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu