Qazaxıstan və Özbəkistan arasında 19 illik dövlət sərhədlərinin müəyyən edilməsi prosesi başa çatıb


Qazaxıstanla Özbəkistan arasında 19 il davam edən dövlət sərhədlərinin müəyyən edilməsi prosesi başa çatıb.


AFN.az-ın xəbərinə görə, Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov həftəlik mətbuat konfransında bildirib ki, iyulun 4-dən Qazaxıstan-Özbəkistan dövlət sərhədinin müəyyən edilməsinə dair saziş iki ölkədə qüvvəyə minib.

Sözügedən sazişin 2022-ci il dekabrın 2-də prezidentlər tərəfindən imzalandığını və daha sonra iki ölkənin parlamentləri tərəfindən təsdiqləndiyini qeyd edən Smadiyarov qeyd edib ki, beləliklə, Qazaxıstan və Özbəkistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı 19 illik proses tamamilə başa çatıb.

Qazaxıstanın Özbəkistanla 2357 kilometr uzunluğunda sərhədi olduğunu qeyd edən Smadiyarov əlavə edib ki, 8 min səhifədən ibarət müqavilə ilə iki ölkə arasında dövlət sərhədi 1301 nişanla müəyyən edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu