Madonna xəstəxanadan buraxılıb
Bakterial infeksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilən amerikalı müğənni Madonna xəstəxanadan buraxılıb.
AFN.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kanalın mənbəsi bildirib ki, 64 yaşlı müğənni şəxsi təcili yardım maşını ilə Nyu Yorkdakı evinə aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, iyunun 28-də Madonna huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya yerləşdirilib. Müğənninin meneceri Qay Özrinin sözlərinə görə, onda ciddi bakterial infeksiya yaranıb və bu səbəbdən sənətçi bir neçə gün reanimasiya şöbəsində qalıb.
Xəstəxanaya yerləşdirildiyi üçün Madonna dünya turunu təxirə salıb. O, Vankuver, Nyu-York, Çikaqo, Mayami, Vaşinqton, Hyuston, Los-Anceles, Las-Veqas və digər şəhərlərdə çıxış etməli idi.