Madonna xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə pərəstişkarlarına müraciət edib


Dünyaşöhrətli müğənni Madonna xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə olaraq İnstaqramda pərəstişkarlarına müraciət edib.


AFN.az xəbər verir ki, müğənni oktyabrda əvvəllər planlaşdırdığı yubiley dünya turnesinə Avropada başlaya biləcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ və Kanadada yay konsertlərinin vaxtı dəyişdiriləcək.

Madonna pərəstişkarlarına təşəkkür edib və ən qısa zamanda geri dönəcəyinə söz verib. "İndi ən önəmlisi sağlamlığımdır. Əsas odur ki, güc qazanaq, - deyə o vurğulayıb.

İyunun 28-də Madonnanın huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya yerləşdirildiyi məlum olub. Müğənninin meneceri Qay Ozrinin sözlərinə görə, onda ciddi bakterial infeksiya yaranıb və bu səbəbdən sənətçi bir neçə gün reanimasiya şöbəsində qalıb.

Daha sonra TMZ xəbər verib ki, sənətçinin sağlamlığının bərpası əvvəlcə planlaşdırıldığından daha yavaş gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu