NATO qüvvələrinin Rusiya sərhədinə sürətlə yerləşdirilməsi baş tutacaq


Finlandiyanın şimalını İsveçlə birləşdirən dəmir yolu xəttinin elektrikləşdirilməsi layihəsinin başa çatdırılması NATO qüvvələrinin Rusiya sərhədinə sürətlə yerləşdirilməsinə şərait yaradacaq.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Bir misal İsveçlə sərhəddə Tornio ətrafında Finlandiya dəmir yollarının təkmilləşdirilməsidir. Bunlar gələn il başa çatdırılmalıdır ki, bu da müttəfiqlərin Atlantik okeanı üzərindən Rusiya sərhədindən bir saat və Kola yarımadasındakı Murmansk yaxınlığındakı Rusiya nüvə bazası və hərbi bazalarından 7 saatlıq məsafədə Kemijarviyə möhkəmləndirmə və texnika göndərməsini asanlaşdırsın" - deyə nəşr yazır.

Məlumat üçün bildirək ki, söhbət İsveçlə sərhəddə yerləşən Haparanda şəhəri ilə Finlandiyanın Laurilo stansiyası arasında dəmir yolu xəttinin elektrikləşdirilməsi layihəsindən gedir. Onun dəyəri 37 milyon avro qiymətləndirilir. Layihənin başa çatdırılması Norveç və İsveçin dəmir yolu şəbəkələrini Finlandiya dəmir yolu şəbəkəsinin elektrikləşdirilmiş hissəsi ilə birləşdirərək Rusiya sərhədindən təxminən 90 km aralıda Kemijarvi stansiyasına çatacaq.

"Reuters" qeyd edir ki, Rusiya ilə NATO arasında münaqişə baş verəcəyi təqdirdə Baltik dənizi üzərindən qüvvələrin və yüklərin ötürülməsi təhlükə altında ola bilər. Respublikaya yüklərin 96%-i dəniz yolu ilə çatdırıldığından, İsveçə dəmir yolu dəhlizi alternativ ola bilər. Sveco dəmir yolu xəttinin elektrikləşdirilməsi üzrə sözçüsü Tuomo Lamberq deyib: "Məncə, ruslar dənizlə yük daşınmasını çox asanlıqla dayandıra bilər, ona görə də, əslində, bu şimal marşrutu mövcud yeganə marşrutdur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu