Finlandiyanın baş naziri: İsveçin də mümkün qədər tez üzv ola bilsməsi üçün hər şey edəcəyik
Finlandiyanın baş naziri Sanna Marin Türkiyənin Finlandiyanın NATO üzvlüyü prosesinə başladığını açıqlamasından sonra açıqlama verib.
O, İsveçin də ən qısa zamanda NATO üzvü ola bilməsi üçün hər şeyi edəcəklərini ifadə edib.
"Bu gün Türkiyənin parlamentdə ratifikasiya prosesinə başlayacağını açıqlaması ilə Finlandiyanın NATO üzvlüyü istiqamətində mühüm addım atıldı. Finlandiya İsveçin NATO-ya üzvlüyünü ən qısa zamanda təmin etmək üçün hər şeyi edəcək. Biz birlikdə daha güclüyük" - deyə baş nazir bildirib.