Paşinyanın Putinə zəngi xəbərçilik anlamı daşıyır - ŞƏRH


Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.


Kremlin rəsmi açıqlamasında telefon danışığının Nikol Paşinyanın təşəbbüsüylə gerçəkləşdiyi bildirilir. AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu məlumatı şərh edib. O, bildirib ki, Paşinyanın narahatlığı bölgədə gərginliyin artmasıyla bağlıdır: "Paşinyan Azərbaycanın Qarabağda anti-terror əməliyyatına başlaya biləcəyindən narahatdır. Onun Putinə zəngi xəbərçilik anlamı daşıyır. Halbuki, Putinə bölgədəki vəziyyət barədə hər gün kəşfiyyat məlumatları çatdırılır və onun Paşinyanın məlumatlarına ehtiyacı yoxdur".
E.Şahinoğlunun sözlərinə görə, Qarabağdakı erməni separatçıları əvvəlkitək Rusiya hərbi kontingentinin müşayiəti ilə bir məntəqədən o birisinə silah daşımaqda davam edirlər: "Bu təxribatın sadə səbəbi var. Separatçılar bilirlər ki, Rusiya hərbi kontingentinin müşayiəti olmasa, hərbi texnikaları havadan vurulacaq. Erməni separatçılarını müşayiət edən Rusiya hərbi kontingenti Kreml sahibinin əmrini yerinə yetirir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu