Putin Paşinyanı yola verməklə məşğuldur - ŞƏRH


Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiya prezident Vladimir Putinlə telefonla danışıb.


Ölkəsinin anti Rusiya mövqeyi sərgilədiyi bir zamanda Paşinyanın Putinlə nə danışması, təbii ki, maraqlıdır. Mövzu bəllidir: Nikol artıq necənci dəfədir Putinə Laçın yolunun “açılması” və Rusiyanın bu istiqamətdə gərəkli addımlar atması vacibliyini vurğulayıb. Politoloq Elxan Şahinoğlu bildirib ki, indiki məqamda Putin Paşinyanı yola verməklə məşğuldur: “Ermənistan KTMT təlimlərində iştirak etməyəcək”, “Rusiyanın Ermənistandakı hərbi varlığı təhdiddir” deyən Paşinyanın xahişini Putin niyə yerinə yetirməlidir? Putin Ukraynada genişmiqyaslı hücuma hazırlaşır, o cümlədən İsrailin İrana zərbələr endirməsi də Kremli sahibini düşündürür. Onun fikri başqa yerdədir. Rusiyanın nəqliyyat vasitəsiləri Laçın yolundan istədikləri kimi istifadə edirlər, başqa məsələlər onları maraqlandırmır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu