Ərdoğan-Zelenski görüşü başlayıb


Prezident Ərdoğan və Ukrayna prezidenti Zelenski İstanbulda Vahdettin Köşkündə görüşüblər.


Prezident Ərdoğan İstanbula dəvəti ilə gələn Ukrayna Prezidenti Zelenskini Vahdettin Köşkündə mərasimlə qarşılayıb. İki lider qarşılanma zamanı əl sıxıb, daha sonra təkbətək görüş keçiriblər.

İclasda iki ölkə arasındakı əlaqələr, Rusiya-Ukrayna müharibəsində son hadisələr və iyulun 17-də müddəti başa çatacaq Qara dəniz taxıl dəhlizi sazişi kimi regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

İki lider təkbətək görüşdən sonra nümayəndə heyətləri arasında keçiriləcək görüşə sədrlik edəcək və birgə mətbuat konfransı keçirəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu