Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü başlayıb
Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü başlayıb.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Prezidentlər birgə foto çəkdiriblər.
Azərbaycan nümayəndə heyəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Ukrayna nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.
Sonra dövlət başçılarının təkbətək görüşü başlayıb.