Zelenski: Ukrayna və Moldovanın Aİ-yə üzv olacağına şübhəm yoxdur


[b]Ukrayna prezidenti Vladimir Zelenski həm Ukraynanın, həm də Moldovanın Avropa İttifaqına (Aİ) üzv olacağına şübhə etmədiyini bildirib.[/b


AFN.az xəbər verir ki, o, Rumıniyanın Avropaya inteqrasiya yolunda bu dövlətlər dəstək verməsinin vacibliyinə diqqət çəkib.

Zelenski rəsmi səfərdə olduğu Rumıniyanın paytaxtı Buxarestdə prezident Klaus Verner İohannis tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Daha sonra tərəflər təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçiriblər.

Görüşlər zamanı müdafiə sahəsində əməkdaşlıq, Qara dəniz təhlükəsizliyi və iqtisadi əməkdaşlıq, o cümlədən hər iki ölkədə infrastrukturun inkişafı və məşğulluğun yaradılması müzakirə edilib.

Zelenski danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bəzi açıqlamalar verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu