NATO sammitindən əvvəl Baydenlə Sunak arasında görüş olub


Londonda ABŞ prezidenti Co Bayden ilə Böyük Britaniyanın baş naziri Rişi Sunak arasında görüş keçirilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə Litvada keçiriləcək NATO Sammiti, Rusiya-Ukrayna müharibəsi, Hind-Sakit okean və İran, eləcə də iki ölkə arasındakı əlaqələr müzakirə edilib.

Qeyd edək ki, ABŞ prezidenti Bayden 11-12 iyul tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitindən əvvəl İngiltərənin paytaxtı Londona səfər edib.

Bayden-Salak görüşündən sonra baş nazirliyin 10 saylı ofisinin sözçüsü verdiyi açıqlamada liderlərin keçən ay Böyük Britaniya və ABŞ arasında iqtisadi əməkdaşlığı nəzərdə tutan Atlantik Bəyannaməsinin elan edilməsindən sonra əldə edilən irəliləyişi müzakirə etdiklərini söyləyib.

Açıqlamada Sunak və Baydenin bəyannamə çərçivəsində irəliləyiş əldə etmək üçün oktyabr ayında 10 saylı Baş Nazirlik Ofisi ilə Ağ Ev nümayəndələri arasında ilk yüksək səviyyəli görüşün keçirilməsi barədə razılığa gəldiyi vurğulanıb.

Bu həftə keçiriləcək NATO Sammiti öncəsi görüşdə Sunak və Bayden ittifaqın gücləndirilməsi və Ukraynaya dəstəyin davam etdirilməsi zərurəti ilə bağlı razılığa gəliblər.

Əks-hücum əməliyyatında əldə edilən irəliləyişi müzakirə edən tərəflər, Ukraynanın bu müharibədə qalib gəlməsi və ədalətli və davamlı sülhün təmin edilməsi üçün lazım olan dəstəyi təmin etmək üçün Ukraynanın beynəlxalq tərəfdaşlarının uzunmüddətli müdafiə öhdəliyinin vacibliyini vurğulayıblar.

Bəyanatda Bayden və Sunak həmçinin Hind-Sakit okean və İran da daxil olmaqla daha geniş geosiyasi konteksti müzakirə ediblər.

İngilis mətbuatında yer alan xəbərə görə, Bayden görüşdən əvvəl verdiyi açıqlamada İngiltərənin ABŞ ilə əlaqələrinin çox möhkəm olduğunu bildirib.

Sunak isə öz növbəsində bildirib ki, Bayden ilə Böyük Britaniya və ABŞ arasında əməkdaşlığı və ümumi iqtisadi təhlükəsizliyi iki ölkə xalqının rifahı naminə necə gücləndirə biləcəkləri məsələsini müzakirə edəcəklər.

Sunak ilə görüşündən sonra İngiltərə kralı III Çarlz ilə Vindzor qəsrində görüşəcək Bayden daha sonra NATO-nun 74-cü Sammitində iştirak etmək üçün Litvanın paytaxtı Vilnüsə gedəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu