İslandiyada vulkan püskürür
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Milli Meteorologiya İdarəsinin məlumatına görə, vulkan püskürməsi İslandiyanın paytaxtı Reykyavikdən 30 kilometr aralıda başlayıb.
Paytaxtın cənub-qərbində Reykjanes yarımadasındakı Litley Hrutur təpəsinin yaxınlığında lava axınları püskürür.
“Iceland Monitor”un məlumatına görə, bir neçə gün əvvəl yarımadanın müxtəlif yerlərində torpaqda qalxma müşahidə olunub. Son bir həftə ərzində bölgədə minə qədər zəlzələ qeydə alınıb, onlardan bəzilərinin maqnitudası 5,0-ı ötüb.