Taliban İsveçin Əfqanıstandakı missiyalarının işini dayandırdığını elan edib


Stokholm Quranın təhqir olunması ilə bağlı müsəlmanlardan üzr istəməyincə İsveçin Əfqanıstandakı missiyalarının işi bərpa olunmayacaq.


Bu barədə ölkədə hakimiyyəti idarə edən Taliban hərəkatının nümayəndəsi Zabiullah Mücahid Twitter-də məlumat verib.

"İsveçdə Qurani-Kərimin və müsəlman inancının təhqir olunmasından sonra Əfqanıstan İslam Əmirliyi (Taliban tərəfindən elan edilən dövlətin adı) müsəlmanlardan bu iyrənc hərəkətə görə üzr istəyənə qədər Əfqanıstandakı bütün İsveç qurumlarının fəaliyyəti dayandırılır", - deyə o bildirib.

Taliban həmçinin digər müsəlman ölkələrini Stokholmla əlaqələrə yenidən baxmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu