ABŞ Əfqanıstandakı diplomatik fəaliyyətini 31 avqustda dayandırmağı düşünür


ABŞ Əfqanıstandakı diplomatik fəaliyyətinə 31 avqusta qədər son qoymaq niyyətindədir, bununla bağlı planlar dəyişməyib.


Bunu Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə bildirib.

“Qarşılıqlı əlaqəni davam etdirməyin yollarını nəzərdən keçiririk. ABŞ prezidenti Dövlət katibinə hərbi iştirakımız bitdikdən sonra da üçüncü ölkə vətəndaşlarının və vizası olan əfqanların təxliyəsini təmin etmək üçün beynəlxalq tərəfdaşlarla diplomatik səyləri davam etdirməyi tapşırıb. Bunun bir hissəsi də “Taliban”la qarşılıqlı şəkildə əlaqəli yanaşma olacaq, çünki ABŞ və üçüncü ölkə vətəndaşlarının, vizası olan əfqanların təxliyəsi üçün “Taliban”la qarşılıqlı əlaqə qurmalıyıq”, - Psaki belə deyib.

“Koordinasiyanın davam etdirilməsi diplomatik mövcudluq mənasına gəlmir”, - deyə Psaki Əfqanıstandakı ABŞ səfirliyinin saxlanılması ilə bağlı Vaşinqtonun “Taliban”la müzakirələr aparmasına dair KİV-də yayılan xəbərlərə münasibət bildirərkən qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu