"Microsoft": Çin haker qrupu Qərbi Avropadakı dövlət qurumlarının e-poçtlarını sındırıb


ABŞ-ın texnologiya şirkəti "Microsoft", Çinli haker qrupunun Qərbi Avropadakı bəzi dövlət qurumlarının elektron poçtlarını ələ keçirdiyini açıqlayıb.


Şirkətdən verilən açıqlamaya görə, "Storm-0558" haker qrupu Qərbi Avropada ictimaiyyət də daxil olmaqla təxminən 25 qurum və şəxsin elektron poçt hesablarını hədəfə alıb.

Məlum olub ki, müştərilər "Microsoft"a qeyri-adi e-poçt fəaliyyəti barədə məlumat verdikdən sonra qrupun hesablara girişi təxminən bir ay ərzində aşkarlanmayıb.

"Microsoft"un təhlükəsizlik üzrə vitse-prezidenti Charlie Bell, qrupun məlumat toplamaq üçün e-poçt sistemlərinə daxil olaraq casusluq fəaliyyətlərinə diqqət yetirdiyini düşündüklərini söylədi.

"Storm-0558"-in fəaliyyətlərinin izləniləcəyi və oxşar hücumlardan qorunmaq üçün araşdırmaların aparılacağı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu