Muxtar Babayev: Dünən Prezident haqlı iradlar səsləndirib, tapşırıqlar icra olunacaq
“Prezident ötən gün haqlı iradlar səsləndirib. Xüsusilə, nazirliyin bəzi sahələrdəki fəaliyyətsizliyi ilə bağlı fikirlər söyləyib. Bütün tapşırıqlar icra olunacaq”.
“Report” xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.
“Belə hallarla üzləşməmək üçün çalışacağıq”, - o əlavə edib.