İtaliyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb


İran ölkədə terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatının liderini qəbul edən İtaliyanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.


İran dövlət televiziyasının xəbərinə görə, Xalq Mücahidləri Təşkilatının ev sahibliyi etməsinə cavab olaraq, bu ölkənin Tehrandakı səfiri Cüzeppe Perrone Xarici İşlər Nazirliyinə çağırılıb.

İranın etirazlarının İtalyan diplomata çatdırıldığı bildirilən xəbərdə, "İtaliyanın bir neçə deputatının cinayətkar terrorçuya ev sahibliyi etməsi terroru təbliğ etməyin ən bariz nümunəsidir" - deyə qeyd edilir.

1965-ci ildə İranda şah rejiminə qarşı ortaya çıxan “İslam sosialist” ideologiyasına malik Xalq Mücahidləri Təşkilatı 1979-cu il inqilabından sonra Tehran administrasiyası ilə münaqişəyə girib və 1981-ci ildə İran tərəfindən terror təşkilatı elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu