Rusiya 62 Ukrayna əsgərinin cəsədini təhvil verib


Ukrayna Rusiyanın müvəqqəti ilhaq etdiyi ərazidə həlak olan 62 ukraynalı əsgərin cəsədini qəbul edib.


Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyindən verilən açıqlamada Rusiyanın nəzarətində olan Ukrayna ərazisində həyatını itirən əsgərlərin cənazələrinin təhvil verildiyi bildirilib.

"Onlardan 4-ü yaralanma, xəstəlik və lazımi tibbi xidmət göstərilməməsi nəticəsində düşmən əsirliyində həlak olub", - deyə məlumatda deyilir.

Açıqlamada dəfn mərasimlərinin Cenevrə Konvensiyasına uyğun olaraq həyata keçirildiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu