Rusiya 99 əsgərin cəsədini Ukraynaya qaytarıb


Rusiya 99 əsgərin cəsədini Ukraynaya qaytarıb.



Ukraynada Əsirlərin Koordinasiya Qərargahından verilən açıqlamada, Rusiya ilə müharibədə həlak olan ukraynalı əsgərlərin cəsədlərinin geri gətirilməsi üçün səylərin göstərildiyi bildirilib.

Açıqlamada 99 əsgərin cəsədinin Ukraynaya qaytarıldığı, ölən əsgərlərdən 77-nin Donetsk istiqamətində, 20-nin Zaporojya istiqamətində, 2-nin isə Xarkov istiqamətində döyüşən Ukrayna əsgəri olduğu bildirilib.

Bəyanatda cəsədlərin qaytarılmasının Ukrayna Təhlükəsizlik Xidməti, Ukrayna Daxili İşlər Nazirliyi və digər dövlət qurumları ilə birgə həyata keçirildiyi qeyd edilib.

Bildirilib ki, qaytarılan meyitlərin qalıqları tanınması üçün məhkəmə-tibb müəssisələrinə göndəriləcək, sonra isə cəsədlər dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu