Dünyanın ən gözəl ilanı Floridada görünüb - VİDEO


ABŞ-ın Florida ştatından göy qurşağı rəngində ilan görünüb. Dünyanın ən gözəl ilanı sayılan bu növün gözəlliyi ilana yaxınlaşdıqca görünür.


Nadir hallarda görülən bu sürünənlər zəhərsiz və itaətkardırlar. Onları adətən çayların sahillərində və təmiz, dayaz sularda görmək olar. Bataqlıqlarda nadir hallarda rast gəlinir.

Arxadan və yanlardan keçən 3 nazik qırmızı zolaq günəş işığında parlaq mavi görünür. Bədənlərinin aşağı hissəsi sarı və çəhrayı rəngdədir. Onların çənəsi və boğazı da əsasən sarı rəngdədir.

Bu növ adətən gecə aktivdir. Qidalanmalarını ilan balığı yeyərək təmin edirlər.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu