Yunanıstan ABŞ-dan 4 sahil döyüş gəmisi almağı planlaşdırır


Yunanıstan mətbuatında yer alan xəbərə görə, ölkə donanmasının dünyada ikinci əl bazarını araşdırdıqdan sonra ABŞ Hərbi Dəniz Qüvvələrindən 4 ədəd Freedom Class Sahil Döyüş Gəmiləri (LCS) almağı planlaşdırdığı bildirilib.


Yunanıstanın ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni Constellation sinfi (FFG 62) freqat proqramında iştirak üçün rəsmi müraciət etdiyi də iddia edilib.

Uzaq mənzilli raketlər, toplar və pulemyotlar kimi güclü silah sistemləri ilə təchiz edilən Freedom Class Sahil Döyüş Gəmiləri müasir silahlara, xüsusilə Harpoon raketlərinə və RAM Close Hava Hücumundan Müdafiə Raket Sisteminə malikdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu