Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 100 arenası sırasına düşüb


Bakı Olimpiya Stadionu (BOS) dünyanın ən yaxşı 100 stadionu sırasına düşüb.


“FourFourTwo” nəşrinin araşdırmasına görə, BOS siyahıda 41-ci yeri tutur.

Dünyanın ən yaxşı arenası Argentinadakı “La Bombonera” seçilib. Braziliyada yerləşən məşhur “Marakana” ikinci pillədədir. İlk “üçlüy”ü Almaniyanın “Borussiya” (Dortmund) klubunun ev oyunlarını keçirdiyi “Siqnal İduna Park” qapayır.

Ən yaxşı 10 stadion:

1. “La Bombonera” (Argentina)

2. “Marakana” (Braziliya)

3. “Siqnal İduna Park” (Almaniya)

4. “Tottenhem Hotspur” (İngiltərə)

5. “Monumental” (Argentina)

6. “Azteka” (Meksika)

7. “Nou Kamp” (İspaniya)

8. “Uembli” (İngiltərə)

9. “İbroks” (Şotlandiya)

10. “San Siro” (İtaliya)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu