Kissincer: ABŞ və Çin bir-birinə düşmən kimi baxa bilməz


Tarix daim göstərir ki, nə ABŞ, nə də Çin bir-birini düşmən kimi qəbul edə bilməz.


AFN.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Pekində Çinin müdafiə naziri Li Şanqfu ilə görüşündə deyib. "İndiki dünyada imkanlarla yanaşı çağırışlar da mövcuddur, Çin və ABŞ bütün anlaşılmazlıqları aradan qaldırmalı, dinc, yanaşı yaşamalı və qarşıdurmalardan qaçmalıdır. Tarix və praktika daima göstərir ki, nə ABŞ, nə də Çin bir-birinin düşməni ola bilməz", — deyə Kissincer bildirib.

Sabiq yetkili onu da qeyd edib ki, iki ölkə arasında müharibə başlayarsa, bu, hər iki tərəfə ciddi nəticə verməyəcək: "Hər iki tərəf müdrik olmalı, birlikdə işləməli və inkişaf etməlidir. İki ölkənin orduları əməkdaşlığı gücləndirməli, iki ölkə arasında münasibətlərin inkişafı üçün müsbət nəticələr əldə etmək, bütün dünyada sülh və sabitliyi qorumaq üçün bütün səyləri göstərməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu