Çin Vyana görüşündən sonra ABŞ-la danışıqlardan imtina etdi


Çinin ABŞ-la əlaqə saxlamaqdan imtina etməsi Vyana görüşündən sonra məlum olub.


ABŞ həm sülh dövründə, həm də böhranlar zamanı yanlış təsəvvürlərdən qaçmaq üçün Çinlə açıq hərbi əlaqə xətlərini saxlamaqda maraqlıdır, lakin Pekin ABŞ-ın tələblərinə cavab verməkdən imtina edir.

AFN.az xəbər verir ki, bunu Hind-Sakit okean regionunun təhlükəsizlik məsələləri üzrə dövlət katibinin köməkçisi Eli Ratner deyib.

Onun sözlərinə görə, ABŞ milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın Vyanada Çin Kommunist Partiyasının yüksək səviyyəli xarici siyasət xadimi Vanq Yi ilə görüşünə baxmayaraq, Birləşmiş Ştatlar Çin tərəfinin danışıqlarda davamlı dialoq aparmaq istəməməsi ilə üzləşməkdə davam edir.

Bundan əvvəl ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Vaşinqtonla Pekin arasında gərginliyin silahlı münaqişəyə çevrilə biləcəyini bildirmişdi: "Mən inanıram ki, Çin, malik olduğu gücə görə ABŞ-ın təhlükəli potensial rəqibidir. Bizim qlobal tarixi baxışları olan, lakin bir-biri ilə rəqabət aparan fərqli mədəniyyətlərə malik iki cəmiyyətimiz var".

Kissincer vurğulayıb ki, Cənubi Çin dənizindəki “problem” münaqişəyə səbəb ola bilər. Onun fikrincə, tərəflər “açıq dənizlərin azadlığı prinsipi ilə” həll yollarını tapmasalar, toqquşmalar qaçılmaz olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu