Çin Rusiya-Ukrayna danışıqlarında vasitəçi ola bilərmi?


Rusiya-Ukrayna müharibəsinin uzanması artıq dünyada gərginliyin artmasına səbəb olub. Aparıcı dünya dövlətləri, beynəlxalq təşkilatlar vəziyyətdən çıxış yolu axtarırlar. Ukraynaya edilən hərbi yardımlar davam etdiyi bir vaxtda tərəfləri danışıqlar masasına oturmağa dəvət edənlər də var.


AFN.az xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukrayna və Rusiya arasında "real danışıqlar"ı mümkün hesab edir. Sabiq ABŞ yetkilisi "CBS News" kanalına müsahibəsində bildirib ki, danışıqlar ilin sonunacan baş tuta bilər. O, bu təmasda vasitəçi kimi Çinin olmasını təklif edib.

Bəs Kissincerin Pekinin vasitəçi ola biləcəyini deməsinə səbəb nədir? Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, görünür, Pekinin son zamanlar artan rolu buna dəlalət edir: "İranla Səudiyyə Ərəbistanının barışmasında da əsas vasitəçi Pekin oldu. Çin özü də Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq istəyir. Ancaq bunun üçün zəmin yoxdur. Pekin Moskva ilə strateji tərəfdaşlığı gücləndirərkən Kiyevlə münasibətlərdə məsafə saxlayır. Doğrudur, Pekin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq işğalı pisləmir və torpaqların Ukraynaya geri qaytaraılması vacibliyindən danışmır. Bu olmadan isə sülhü təmin etmək mümkün deyil".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu