Tayvan məsələsi Çin və ABŞ münasibətlərində qırmızı xətdir - Vanq Yi


Tayvan məsələsi ABŞ və Çin arasındakı münasibətlərdə keçilə bilməyən qırmızı xətt olaraq qalır.


Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla Maltada keçirilən danışıqlarda Çinin xarici işlər naziri Vanq Yi deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar birgə Çin-Amerika kommünikesinə riayət etməli və “Tayvanın müstəqilliyini” dəstəkləməmək öhdəliyini yerinə yetirməlidir.

Vanq Yi həmçinin vurğulayıb ki, Çinin inkişafı güclü hərəkətverici qüvvəyə malikdir və qaçılmaz tarixi məntiqə uyğundur. Bu səbəbdən onu dayandırmaq və Çin xalqını qanuni inkişaf hüququndan məhrum etmək olmaz”.

Qeyd olunur ki, tərəflər ÇXR və ABŞ liderlərinin Balidə əldə etdikləri konsensusun həyata keçirilməsini, iki ölkə arasında yüksək səviyyəli mübadilələri davam etdirmək və Asiya-Sakit okean regionunun işləri üzrə ikitərəfli məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu