Çin ABŞ-ın Tayvanla bağlı ÜST-yə müraciətinə etiraz edib


Çin ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tayvanın rəhbər orqanının illik iclasında iştirakına icazə vermək çağırışına sərt etiraz edir.


AFN.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Entoni Blinken ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Tayvanın rəhbər orqanının illik iclasında iştirakına icazə verməyə çağırıb.

Vanq Venbin bildirib ki, Çin Amerika tərəfinin müvafiq bəyanatı ilə qətiyyən razılaşmır. Diplomat vurğulayıb ki, dünyada yalnız bir Çin var və Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir: "Tayvanın ÜST daxil olmaqla beynəlxalq təşkilatlarda iştirakı vahid Çin prinsipinə uyğun olaraq həyata keçirilməlidir".

Vanq Venbin həmçinin qeyd edib ki, Çin ABŞ-ı Vahid Çin prinsipinə və üç Çin-ABŞ kommünikesinin müddəalarına, beynəlxalq hüquqa riayət etməyə və ABŞ liderlərinin Tayvanın müstəqilliyini dəstəkləməmək barədə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır. "Tayvanla bağlı məsələləri şişirtmək üçün Ümumdünya Səhiyyə Assambleyasından istifadə yolverilməzdir" - XİN sözçüsü əlavə edib.

ÜST Ümumdünya Səhiyyə Assambleyası qlobal ictimai səhiyyə prioritetlərini müzakirə etmək üçün mayın 21-30-da Cenevrədə illik iclasını keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu