Rusiya gimnastları beynəlxalq turnirlərə buraxılıblar
Beynəlxalq Gimnastika Federasiyası (FIG) rusların neytral statusda yarışmasına icazə vermək qərarına gəlib.
AFN.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.
Gimnastlar 2024-cü il yanvarın 1-dən sonra keçiriləcək yarışlarda iştirak edə biləcəklər. Turnirlərdə iştirak etmək üçün idmançılar fərdi giriş təqdim etməli və FIG təsdiqini almalıdırlar.
Əvvəllər FIG Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılmasını bir neçə dəfə uzadıb. Rus gimnastlar 2022-ci ilin martından turnirlərə buraxılmırlar.