Atıcılıq üzrə DÇ-yə ev sahibliyi Rusiyadan Azərbaycana keçdi


Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) İcraiyyə Komitəsi 2023-cü ildə atıcılıq üzrə dünya çempionatına ev sahibliyinin Azərbaycana keçməsi barədə qərar qəbul edib.


Bu barədə ISSF-nin mətbuat xidməti məlumat yayıb.

Yarış Rusiyada keçirilməli idi. Turnirin 14-31 avqust 2023-cü il tarixlərində keçirilməsi planlaşdırılır.

30 iyun 2021-ci ildə ISSF Rusiyada keçirilməsi nəzərdə tutulan bütün turnirləri 2022-ci ildən 2023-cü ilə təxirə salmaq qərarına gəlib. Bu qərar İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci ilin dekabrında çıxardığı hökm fonunda qəbul edilib. Məhkəmə Rusiya idmançılarının dünya çempionatlarında və Olimpiya oyunlarında öz ölkələrinin bayrağı altında çıxış etməsinə iki il müddətinə qadağa qoyub, Rusiya ən böyük idman yarışlarına ev sahibliyi etmək iddiası hüququnu itirib.

2022-ci il martın 7-də ISSF İcraiyyə Komitəsi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakını növbəti xəbərdarlıq edilənədək dayandırıb. Rusiya həmçinin 2022-ci ilin avqust və sentyabr aylarında stend atıcılığı üzrə Avropa çempionatına ev sahibliyi etmək hüququnu itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu