Rusiya Olimpiya Komitəsinin CAS-a üzvlüyünün dayandırılması ilə bağlı şikayəti qəbul edilib


İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Olimpiya Komitəsinin (ROK) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşkilata üzvlüyünün dayandırılması ilə bağlı qərarından verdiyi apellyasiya şikayətini qeydə alıb.


Bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.

"Apellyasiya şikayəti əsasında ROK qərarın ləğv edilməsini və BOK tərəfindən tanınan və Olimpiya Xartiyası ilə verilmiş bütün hüquq və preroqativlərdən istifadə edən Milli Olimpiya Komitəsi kimi bərpa olunmasını xahiş edir", - məhkəmənin bəyanatında deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu