CAS Rusiya Olimpiya Komitəsinin BOK-dan verdiyi şikayəti rədd etdi
İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Olimpiya Komitəsinin (ROK) Beynəlxalq Olimpiya Komitəsinin qərarından (BOK) verdiyi şikayəti rədd edib.
Bu barədə fevralın 23-də məhkəmə iclasının yekunu üzrə dərc olunmuş məlumatda qeyd edilib.
Sənəddə deyilir: "CAS Komissiyası apellyasiya sorğusunu rədd edib və BOK İcraiyyə Şurasının qanunilik, bərabərlik, proqnozlaşdırıla bilənlik və mütənasiblik prinsiplərini pozmadığını müəyyən edərək, mübahisə edilən qərarı təsdiqləyib".
Tərəflər bəzi təfərrüatların açıqlanmamasını tələb edə bildiyi üçün hazırda məhkəmə qərarı məxfilik üçün yoxlanılır. Bu səbəbdən sənəd CAS-ın saytında dərc edilməyib.
Məlumatda deyilir ki, məhkəmənin qərarı qətidir, lakin tərəflərin məhdud əsaslarla 30 gün ərzində İsveçrə Federal Məhkəməsinə müraciət etmək hüququ var.
BOK-un qərarına qarşı ROC-un şikayəti ötən il noyabrın 6-da CAS-da qeydə alınıb.