Bayden: Netanyahu məhkəmə islahatlarını məcbur etməməlidir


ABŞ prezidenti Co Bayden deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə islahatlarını məcbur etməməli, əksinə cəmiyyəti konsolidasiya etməyə çalışmalıdır.


"İsrailin hazırda üzləşdiyi bütün təhdidlər və çağırışları nəzərə alsaq, israillilərin buna tələsməsinin və bunun əvəzinə insanları bir araya gətirməyə və konsensusun tapılmasına diqqət yetirməyin mənası yoxdur" - deyə Bayden bildirib.

Onun fikrincə, məhkəmə-hüquq islahatları layihəsi hazırkı formada İsrail cəmiyyətində az deyil, daha çox parçalanmaya gətirib çıxarır.

İsraildə Netanyahu hökumətinin irəli sürdüyü məhkəmə islahatına qarşı kütləvi etirazlar keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu