Küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək


Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

İyulun 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. İyulun 27-dən 29-dək ölkə ərazisində hava şəraiti sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. İyulun 28-i gündüz saatlarında mülayim cənub küləyi əsəcək. Həftə sonlarında yenidən şimal-qərb küləyinin güclənəcəyi proqnozlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu