Böyük Britaniyadan KKTC-yə dəstə: Tanınmaması üçün heç bir səbəb yoxdur
Britaniyalı deputat Semmi Uilson Şimali Kipr Türk Respublikasının dünya tərəfindən tanınmasını dəstəkləyib.
"Kıbrısın da "Xeyirli Cümə müqaviləsi"nə ehtiyacı var" başlıqlı məqaləsindı Uilson bildirir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Birləşmiş Millətlər Təşkilatı tərəfindən müstəqil dövlət kimi tanınmaması üçün heç bir səbəb yoxdur.
Britaniyalı deputat Şimali Kipr Türk Respublikasının tanınmasının vacibliyini vurğulayıb. İngilis siyasi jurnalı "Politicshome"da dərc edilən yazısında Sammy Uilson, "Kipr adasında sərhədin hər iki tərəfində tam fəaliyyət göstərən hökumətlər və demokratik sistemlər var" - deyə qeyd edib.
Deputat Şimali İrlandiya sülh prosesi zamanı imzalanan "Xeyirli Cümə Sazişi" kimi də tanınan Belfast razılaşmasına işarə edərək, "Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun müstəqilliyi ilə bağlı KKTC-nin tələbi ilə 2010-cu il qərarı daha çox qanunilik təmin etməlidir" - yazıb.
Kiprli Rumların Kiprdəki həll planlarını rədd etdiklərini vurğulayan Uilson, İngiltərənin bu prosesdə Kipr türkləri ilə yunanlar arasında vasitəçi olmasını istədiyini vurğulayıb.