Türkiyə BMT Təhlükəsizlik Şurasının Kipr bəyanatına sərt reaksiya verdi


Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının Kiprlə bağlı mətbuata açıqlamasına sərt reaksiya verib.

Açıqlamada, KKTC Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasının mətbuata açıqlaması barədə bəyanatına tam dəstək ifadə edilib. Bildirilib ki, BMT Təhlükəsizlik Şurası dəfələrlə sınaqdan keçirilmiş və uğursuz olmuş həll modeli üzərində israrını davam etdirir:

"Artıq tərəflər federal həll məqsədinin Kipr türk xalqının suveren iradəsini əks etdirmədiyini başa düşməlidirlər. Bir daha vurğulayırıq ki, Kiprdə əldə ediləcək ədalətli, qalıcı və davamlı həll Adadakı iki xalqın iradəsini əks etdirməli və üçüncü tərəflər tərəfindən tətbiq edilməməlidir. BMT Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti, Kipr adasında iki ayrı xalq və iki ayrı dövlət olması faktını nəzərə alaraq, Kipr türklərinin suveren bərabərlik və bərabər beynəlxalq status kimi ayrılmaz hüquqlarını qeydiyyatdan keçirməyə dəvət edir və bunu Kipr adasında problemin həllində hər hansı yeni bir danışıqlar prosesinin başlanması üçün əvəzsiz ilkin şərt olduğunu vurğulayırıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu