Polşada sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin sökülməsinə başlanılıb


Polşada sovet və polşalı əsgərlərin "Dombe uğrunda döyüşlərdə həlak olanlar" abidəsinin sökülməsinə başlanılıb.


TASS-ın xəbərinə görə, ölkənin Milli Yaddaş İnstitutunun rəhbəri Pavel Navrotski bildirib ki, bu abidə Şeçində olmamalıdır, təbliğat obyektidir. "1945-ci ildə Şeçinin şərq rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə əsgərlərin həlak olduğu dəqiqləşdirilir" - deyə Navrotski qeyd edib.

Bundan əvvəl Polşada Qırmızı Ordunun əsgərlərinin xatirəsinə ucaldılan abidə sökülüb. Abidə Polşanın cənub-qərbində, Opole voyevodalığının Qlubçitsi şəhərində yerləşirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu