Yuri Qaqarinin Kiyevdəki abidəsi söküləcək


Kiyev hakimiyyəti sovet kosmonavtı Yuri Qaqarinin, yazıçı Maksim Qorkinin, həmçinin “Görüş yerini dəyişmək olmaz” filminin baş qəhrəmanları Qleb Jeqlov və Vladimir Şarapovun abidələrini sökməyi planlaşdırır.


AFN.az xəbər verir ki, bu barədə Ukraynanın UNN portalı məlumat yayıb.

Ümumilikdə, Kiyev Şəhər Şurası sökülmək üçün siyahıya 50-dən çox şəhər abidəsini əlavə etməyi planlaşdırır.

Ukrayna Mədəniyyət Nazirliyinin məlumatına görə, son bir ildə ölkədə 9,8 min coğrafi ad dəyişdirilib, Rusiya ilə bağlı 145 abidə sökülüb. Ölkədə sovet irsinə qarşı mübarizə 2015-ci ildə dekommunizasiya haqqında qanunun qəbulundan sonra başlayıb.

Bundan əvvəl Ukrayna paytaxt meriyasının mədəni irsin mühafizəsi departamenti Xalqlar Dostluğu tağının sökülməsinə qarşı çıxıb. Qeyd edək ki, abidə Ukrayna Mədəniyyət Nazirliyi tərəfindən milli abidələr reyestrindən çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu