Cənubi Kiprdə ölümcül epidemiyaya qarşı pişiklərə həblər veriləcək


Minlərlə pişiyin koronavirusdan öldüyü Cənubi Kiprdə heyvanların müalicəsi üçün insanlarda istifadə edilməyən koronavirus dərmanlarının hazırlandığı açıqlanıb.


Cənubi Kipr hökuməti kənd təsərrüfatı nazirliyinin tövsiyəsi ilə bu plana razılıq verib.

Koronavirusun bir ştammı - insanlara keçə bilməyən pişik yoluxucu peritoniti (FIP) Kiprdə böyük pişik populyasiyasını məhv edir.

Cənubi Kipr Nazirlər Kabinetinin bəyanatında deyilir ki, insanlarda koronavirusa yoluxma hallarının müalicəsi üçün istifadə edilən və artıq istifadə olunmayan preparatların ehtiyatları əldə edilə bilər.

Covid əleyhinə həblər şəklində olan dərmanlar baytarlıq xidmətləri vasitəsilə əldə ediləcək.

Heyvan fəalları bir milyona yaxın pişiyin öldüyü Kiprin ölü pişiklər adasına çevrildiyini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu