Rusiyada hərbi xidmətə çağırış yaşı artırılıb, çağırışçıların xaricə getməsi qadağan edilib


Rusiyada hərbi xidmətə çağırış yaşı 27-dən 30-a qaldırılıb, çağırışçıların xaricə getməsi qadağan edilib.


Rusiya prezidenti Vladimir Putin ölkəsində və Federal Milli Qvardiya Xidmətində (Rosqvardiya) hərbi xidmətə çağırış prosesi ilə bağlı bir sıra qərarları təsdiqləyib.

Müvafiq olaraq, çağırış yaşı 27-dən 30-a qaldırılıb. 18-30 yaşlı vətəndaşlar artıq Rusiyada hərbi xidmətə çağırıla bilərlər. Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Putinin təsdiq etdiyi digər qərarlara görə, Rusiyada çağırışçıların xaricə getməsi qadağandır, Rosqvardiya isə bundan sonra ağır hərbi texnika alıb istifadə edə biləcək.

Bundan əlavə, Rusiya Fövqəladə Hallar Nazirliyi və müxtəlif təhlükəsizlik bölmələrinə pilotsuz uçuş aparatlarını vurmaq səlahiyyəti verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu