Rusiya və Cənubi Koreya Uqandada atom elektrik stansiyaları tikəcək


Uqanda prezidenti Yoveri Museveni Rusiya və Cənubi Koreyanın ölkədə atom elektrik stansiyalarının tikintisinə başlayacağını açıqlayıb.


Paytaxt Kampalada 25 Afrika qəhvə istehsal edən ölkənin lider və nümayəndələrinin qatıldığı 2-ci G-25 Afrika Qəhvə Sammitində çıxış edən Museveni, ölkədə tikiləcək atom elektrik stansiyaları ilə bağlı Rusiya və Cənubi Koreya ilə danışıqların davam etdiyini bildirib.

Rusiya və Cənubi Koreyanın 15 min meqavat gücündə 2 nüvə stansiyası inşa edəcəyini qeyd edən Museveni, "Nüvə layihəsi xalqların sosial-iqtisadi inkişaf üçün enerji təhlükəsizliyini necə təmin edəcəkləri ilə mübarizə apardıqları kritik bir vaxta təsadüf edir" - deyə bildirib.

İyulun 27-də Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Zirvə Toplantısında Uqanda ilə Rusiyanın atom elektrik stansiyası layihəsi ilə bağlı müqavilə imzaladığı açıqlanıb.

Yoveri Museveni xalqa etdiyi son müraciətində bildirmişdi ki, ölkənin müxtəlif bölgələrinə səpələnmiş çoxlu hidroenergetika potensialı vardır, lakin bu sektorda yeni texnologiyaların tədqiqi üçün daha çox tərəfdaşlığa ehtiyac var.

Nüvə enerjisinin inkişaf etdirilməsi zərurətinə diqqət çəkən Museveni, dəyişən hava şəraitinə işarə edərək, hidroelektrik enerjinin artıq etibarlı olmadığını bildirib.

Uqandanın Energetika və Mineral İnkişaf Nazirliyi tərəfindən aparılan araşdırmalar ölkənin şərqində böyük uran yataqlarının aşkarlanmasından sonra ölkənin nüvə enerjisi istehsal etmək potensialına malik olduğunu təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu