Lənkəranda dənizin nəzarətsiz hissəsində çimmək qadağan olunub https://afn.az/uploads/posts/2023-08/1691661276_2c07bfe9-44f6-3378-826e-d64a172bee72_850.jpeg


Xəzər dənizinin Lənkəran rayonu sahillərinin nəzarətsiz ərazisində çimmək qadağan olunub.



"Report"un Cənub bürosunun məlumatına görə, bu addım son günlərdə rayon ərazisində dənizdə batan şəxslərin artması səbəbindən atılıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-axtarış qrupu Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində nəzarətsiz çimərlikdə qabaqlayıcı tədbirlər görüb. Artıq çimərlikdə "Çimmək qadağandır" lövhələri quraşdırılıb. Eyni zamanda qadağan lentləri çəkilib, həmçinin dənizin içərisinə doğru 120 metr uzunluğunda, 50 metr enində şarlar yerləşdirilib.

Bu tədbirlərin dənizin digər nəzarətsiz ərazilərində də davam etdirilməsi nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu