Xəzər dənizində batan şəxsin meyiti tapılıb


Xəzər dənizində ötən gün batan şəxsin meyiti tapılıb.



Bu barədə AFN-ə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu