Bakıda dənizdə batan şəxsin meyiti tapılıb
![](https://static.report.az/photo/708cbf03-59cd-36b5-88a6-909648ecad69_850.jpg)
Avqustun 21-də dənizdə ("Şüvəlan" sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.