Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb
![](/uploads/posts/2023-09/1693826041_87e84bee-fe62-302c-abaf-08e3fa3aa7ec_850-1.jpg)
Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb.
AFN.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 3-də Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Bulaqotağı kəndi ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.