Fars körfəzində Panamaya məxsus tanker yanır


İranın Fars körfəzinə qonşu Buşehr əyalətinin Aseluye şəhəri sahillərində Panama bayrağı altında üzən "White Pearl" tankerində yanğın baş verib.


İran televiziyasının xəbərinə görə, bu barədə Aseluye Limanının müdiri İmran Muradpur açıqlama verib.

Muradpur qeyd edib ki, 40 min ton yük daşıyan Panama bayraqlı LPG tankerinin mühərrik hissəsi saat 15:30 radələrində yanıb.

Muradpur gəmi kapitanının liman rəhbərliyindən tələbi ilə gəminin olduğu əraziyə yanğınsöndürən və xilasedici qrupların göndərildiyini, gəminin 22 ekipaj üzvünün xilas edildiyini bildirib.

Yanğının gəminin digər hissələrinə də keçdiyini ifadə edən Muradpur yardım qruplarının söndürmə işlərini davam etdirdiyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu