Qazaxıstan Rusiyadan qeyri-qanuni taxıl idxalının qarşısını almaq üçün idxal qadağasını uzadıb


Qazaxıstan Rusiyadan qaçaqmalçılıq yolu ilə ölkəyə taxılın daxil olmasının qarşısını almaq üçün quru yolu ilə taxıl idxalına qadağanın daha 6 ay uzadılmasına qərar verib.


Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin verdiyi açıqlamaya görə, nazir Serik Jumanqarinin sədrliyi ilə keçirilən qurumlararası iclasda iştirakçılar aprelin 10-da qəbul edilmiş quru yolu ilə taxıl idxalına qoyulan qadağanın uzadılması barədə razılığa gəliblər.

Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilən taxılın ölkəyə girişinin qarşısının alınması üçün alınan qərar çərçivəsində bu dəfə təkcə qurudan deyil, dəmir yolu ilə də edilən taxıl idxalına qadağa qoyulacaq.

Qazaxıstan mətbuatında çıxan xəbərlərdə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən Rusiya taxılının üçüncü ölkələrə, xüsusilə Özbəkistan, Əfqanıstan və Tacikistana ucuz satıldığı bildirilirdi. Bu vəziyyətin Rusiya kimi taxıl ixracatçısı olan Qazaxıstanda daxili istehsala və daxili bazara mənfi təsir göstərdiyi, iqtisadiyyata ziyan vurduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu