Havayda meşə yanğınlarında ölənlərin sayı artır


Havay adasının Maui adasında baş verən meşə yanğını ən azı 93 nəfərin həyatına son qoyub.


AFN.az "CBS News"a istinadən xəbər verir ki, bu, 1959-cu ildə Havay ştata çevrildikdən sonra ən ölümcül təbii fəlakət kimi tarixə düşüb.

Adada bərpa işlərinə 5,5 milyard dollardan çox vəsait lazımdır. Təxminən 4500 sakin bərpa prosesi zamanı daimi təcili sığınacağa ehtiyac duyacaq.

Dağıntıların böyük əksəriyyəti tarixi Lahaina şəhəri ətrafında cəmləşib. Havay qubernatoru Coş Qrin, Lahaina yanğınında şəhər ərazisinin təxminən 80%-nin məhv olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu