Çinin müdafiə naziri Rusiya və Belarusa səfər edəcək


Çinin müdafiə naziri Li Şanqfunun Rusiyada keçiriləcək 11-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcəyi və Belarusda prezident Aleksandr Lukaşenko ilə görüşəcəyi gözlənilir.


Çin Müdafiə Nazirliyinin bəyanatına görə, nazir Li avqustun 15-də Rusiyada keçiriləcək 11-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edəcək.

Li Moskvaya səfəri zamanı Rusiya-Ukrayna müharibəsi səbəbindən Qərblə yaşanan gərginlik haqda Rusiyanın müdafiə rəsmiləri ilə danışıqlar aparacaq.

Çin nazirinin Belarusda prezident Aleksandr Lukaşenko və müdafiə rəsmiləri ilə də görüşü gözlənilir.

Mart ayında vəzifəsinin icrasına başlayan Li apreldə Moskvaya səfər edib və prezident Vladimir Putinlə görüşüb.

Li iyul ayında Çinə səfəri zamanı paytaxt Pekində Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Nikolay Yevmenov ilə də görüşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu