Heydər Əliyev prospektində qəza - Yolda sıxlıq yaranıb


Bakıda qəza olub, yolda sıxlıq yaranıb.



Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu səbəbdən də prospektdən üzü şəhər istiqamətinə yolda sıxlıq yaranıb.

"Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb edilib", - məlumatda qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu